21 Fevral 16:00 “Neftçi” rəsmisi komandaya təqdim olundu - FOTO
FUTBOL xəbərləri 21 Fevral 16:00
594 baxış

“Neftçi” rəsmisi komandaya təqdim olundu - FOTO

“Neftçi” Premyer Liqanın XVII turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “ağ-qaralar” bu gün İsmət Qayıbov adına bazada məşq ediblər.

 

Yağışlı hava şəraitində keçən məşqin əvvəlində klubun yeni idman direktoru Ceyhun Sultanov komandaya təqdim olunub. Sonda "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və idman direktoru Ceyhun Sultanov jurnalistlərin suallarını cavablandırıb.

 

Qeyd edək ki, fevralın 24-də keçiriləcək “Neftçi” – “Zirə” oyunu saat 18:00-da başlanacaq.

 

Xəbər lenti