[b]"Neftçi"nin Kamran Quliyevlə ilk uğuru[/b]
25.02.2018 - 00:51
[b]"Neftçi"nin Kamran Quliyevlə ilk uğuru[/b]

"Neftçi” əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnirin gümüş medallarını qazanıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda 2005-2006-cı il təvəllüdlü futbolçular arasında təşkil olunmuş yarışın final matçında "Vətən”ə 1:2 hesabı ilə məğlub olub.

 

"Neftçi”nin yeganə qolunu Yusif Əliyev vurub. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Futbolçulara kubok və medalları yeni prezident Kamran Quliyev, Müşahidə Şurasının üzvü Səməd Qurbanov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçular – Rüstəm Rəhimov, Maşallah Əhmədov, Asif Əliyev təqdim edib.

 

Qeyd edək ki, "Neftçi” turnirin qrup mərhələsində "Rəvan”a (2:1) və "Keşlə”yə (3:0) qalib gəlmişdi.

0