[b]Nəhayət, “sülh”![/b]
25.02.2018 - 15:57
[b]Nəhayət, “sülh”![/b]

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” öz meydanında “Zirə” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matçda qalib müəyyənləşməyib – 1:1.

 

Bu, Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi postunda ilk bərabərliyidir. Çempionatın 5-ci turunda “Zirə” ilə oyunda “ağ-qaralar”la ilk matçına çıxan Əhmədov o vaxtdan bəri keçirdiyi 12 Premyer Liqa və 3 kubok oyununda sülhlə razılaşmamışdı.

 

Bu müddətdə ölkə birinciliyində “Zirə” (1:2, 0:1), “Qəbələ” (1:2, 2:3), “Keşlə” (2:0, 3:1), “Səbail” (4:0), “Kəpəz” (1:0, 1:0), “Sumqayıt” (2:1, 0:2) və “Qarabağ”la (0:1) oynamış Tərlan Əhmədovun komandası 6 qələbə qazanıb, bir o qədər də məğlubiyyətə üzülmüşdü.

 

Ölkə kubokunda isə 1/8 finalda “Zaqatala”nı (5:0) darmadağın edən komanda, 1/4 finalda “Zirə” ilə oyunlarda bir qələbə, bir yenilgi əldə etmişdi – 0:1 və 2:0.

 

Qeyd edək ki, “Neftçi”nin Tərlan Əhmədovdan öncəki bərabərsizlik seriyası daha uzun müddət – 16 matç idi davam edirdi. Komanda sonuncu dəfə 3-cü turda – “Kəpəz”lə oyunda bərabərliyə razılaşmışdı – 0:0.

0