[b]Neymar qərarını açıqladı[/b]
20.07.2018 - 10:30
[b]Neymar qərarını açıqladı[/b]

PSJ-nin hücumçusu Neymarın taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, superulduz klubunu dəyişməyəcəyini açıqlayıb.

 

“Real”ın maraq dairəsində olan “sambaçı” komandasını dəyişməyi düşünmədiyini vurğulayıb: “PSJ-də qalacam. Klubla qüvvədə olan müqaviləm var. Paris təmsilçisinin heyətində ən yüksək hədəflərə çatmaq istəyirəm. Ümid edirəm ki, bu mövsüm bizdə alınacaq”.

 

Braziliya millisinin üzvü əfsanəvi italiyalı qapıçı Canluici Buffonun PSJ-yə transferinə də münasibət bildirib: “Belə bir qapıçı ilə birlikdə çıxış etmək mənim üçün şərəfdi. Onun bizimlə paylaşacağı böyük təcrübəsi var”.

 

Qeyd edək ki, Neymar ötən mövsüm PSJ-nin heyətində 30 oyunda 29 qola imza atıb.

0