
Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Apasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda IV turda Afinada Yunanıstanın qonağı olacaq.
V qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
AVRO-2026, əsas mərhələ
V qrup
21:00. Yunanıstan - Azərbaycan
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Sven Eyhler (Almaniya).
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).
Afina. DAİS Sports Hall.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək