Azərbaycanda işləmiş baş məşqçi Gürcüstan millisində - RƏSMİ
26.09.2026 - 19:32
Gürcüstan millisinin baş məşqçi postunda dəyişiklik edilib.
Apasport.az xəbər verir ki, Gürcüstan Futbol Federasiyası Villi Sanyolla yollar ayrılıb.
2021-ci ildən millini çalışdırmış fransalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Millini kimin çalışdıracağı da dəqiqdir. Yığma komanda Ramaz Svanadzeyə tapşırılıb. O, Gürcüstan yığmasını 2028-ci ilə qədər çalışdıracaq.
Qeyd edək ki, Ramaz Svanadaze "İnter"də (indiki "Şamaxı") Zaur Svanadzenin köməkçisi kimi işləyib.
0
0