[b]Nömrə 1(4)[/b]
13.09.2017 - 11:39
[b]Nömrə 1(4)[/b]

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 35 yaşlı müdafiəçi qitənin ən nüfuzlu klub turnirində ən çox oyun keçirən azərbaycanlı futbolçu olub.

 

Bu, 2017/18 mövsümünün qrup mərhələsinin ilk turunun “Çelsi” ilə Londondakı görüşündə rəsmiləşib. İngilislərlə görüşə komandasını kapitan kimi çıxaran “14 nömrə” Çempionlar Liqasında 22-ci matçını keçirib. Bunlardan 21-i təsnifat, 1-i əsas mərhələ görüşüdü.

 

Çempionlar Liqası həyəcanını ilk dəfə “Neftçi”də yaşayan Rəşad “ağ-qaralar”la 8 belə matça çıxıb. Onun bu turnirdəki digər 14 oyunu “Qarabağ”ın heyətində baş tutub.

 

Rəşada qədər Çempionlar Liqasındakı rekordçumuz Mahmud Qurbanov idi. Ölkənin bir sıra komandaları ilə qitənin ən nüfuzlu klub turnirinə qatılan yarımmüdafiəçinin hesabında 21 oyun var.

 

Pley-offun “Kopenhagen”lə Danimarkadakı görüşündə Qurbanova şərik çıxan “14 nömrə” “Çelsi” ilə matçda yeni rekordu rəsmiləşdirdi.

 

Qeyd edək ki, avrokuboklarda 7 qol vuran Rəşad Çempionlar Liqasında hələ fərqlənməyib.

 

 

0