21 Fevral 17:13 Premyer Liqada debüt etdi, I diviziona göndərildi
FUTBOL xəbərləri 21 Fevral 17:13
409 baxış

Premyer Liqada debüt etdi, I diviziona göndərildi

Futbol üzrə Azərbaycan I divizionunda XV turun sabah keçiriləcək oyunlarının hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın geridə qalan turunda ədalət təmsilçiləri olmuş referilər bu dəfə aşağı liqa matçlarına təyin ediliblər.

 

Belə ki, “Səbail” – “Qarabağ” (0:1) görüşünün baş hakimi Rəvan Həmzəzadə sabah “Zaqatala”nın “Mil-Muğan”la ev matçında komandaları meydana çıxaracaq.

 

Bu mövsüm elitadakı debütünü fevralın 18-də baş tutmuş “Kəpəz” – “Keşlə” (0:1) qarşılaşmasında edən Elvin Əsgərov isə “Binə” ilə “Xəzər”in duelində fit çalacaq.

 

Azərbaycan I divizionu

XV tur
22 fevral (cümə axşamı)

 

15:00. “Zaqatala” – “Mil-Muğan”
Hakimlər: Rəvan Həmzəzadə, Pərvin Talıbov, İsgəndər Əliyev, Namiq Bəkirov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
Hakim-inspektor: Vasif Məmmədov
Zaqatala şəhər stadionu

15:00. “Binə” – “Xəzər”
Hakimlər: Elvin Əsgərov, Roman Vasilyev, Ruslan Babayev, Ramiz Məhərrəmov
AFFA nümayəndəsi: Rəhman Tağıyev
Hakim-inspektor: Rüfət Hüseynov
Binə qəsəbə stadionu

 

Qeyd edək ki, Rəvan Həmzəzadə bu mövsüm Premyer Liqada 4, Elvin Əsgərov isə 1 matçda baş hakim funksiyasını yerinə yetirib.