[b]Prosineçki dekabrın 21-ni gözləyir[/b]
13.12.2017 - 17:11
[b]Prosineçki dekabrın 21-ni gözləyir[/b]

Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisinin adının nə vaxt açıqlanacağı müəyyənləşib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Mehmed Bajdareviçin yerinə gətiriləcək çalışdırıcı dekabrın 21-də ictimaiyyətə təqdim olunacaq.

 

Bu posta ən real namizədlərin sayı 3-ə düşüb. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki və türkiyəli mütəxəssis Fatih Terimlə yanaşı, Sven-Yoran Erikssonun da adı federasiya rəhbərliyinin siyahısındadı. 69 yaşlı isveçli çalışdırıcı açıqlamasında Bosniya və Herseqovina yığmasında işləməyə qarşı olmadığını bildirib.  

 

Məşqçilik fəaliyyəti ərzində “Benfika”, “Roma”, “Fiorentina”, “Sampdoriya”, “Latsio”, “Mançester Siti” və “Lester” kimi klublara rəhbərlik etmiş Eriksson 2001-2006-cı illərdə İngiltərə, 2008-2009-cu illərdə isə Meksika yığmasının “sükanı arxası”nda qərarlaşıb. Son iş yeri isə Çinin “Şençjen” klubu olub. 

0