[b]PSJ Bonuççiyə “elçi” düşdü[/b]
18.07.2018 - 22:02
[b]PSJ Bonuççiyə “elçi” düşdü[/b]

Fransanın PSJ klubu heyətinə daha bir tanınmış futbolçu ilə gücləndirməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi italiyalı Leonardo Bonuççini transfer etmək niyyətindədi.

 

Artıq müdafiəçinin agenti ilə klub nümayəndələri arasında görüş də baş tutub. Ötən yay “Yuventus”dan “Milan”a keçən Bonuççu kapitanı olduğu komandadan ayrılmaqda o qədər də maraqlı deyil. Lakin maliyyə çətinlikləri olan milanlılar üçün bu transfer yerinə düşə bilər.

 

Qeyd edək ki, İngiltərə klubları “Mançester Siti” və “Mançester Yunayted” də Bonuççiyə “elçi” düşüb.

 

0