[b]“Qapıçının səhvi bizim üçün hədiyyə oldu”[/b]
22.06.2018 - 00:54
[b]“Qapıçının səhvi bizim üçün hədiyyə oldu”[/b]

“Əsas hədəfimizə artıq çatmışıq. Amma düşünürəm ki, biz daha yaxşısını edə bilərik. Bu cür nəticə ilə qrupdan çıxdığımıza çox şadam. Qələbə yaxşıdı, amma eyforiyaya qapılmaq olmaz”. Apasport.az saytınınməlumatına görə, bu sözləri Luka Modriç deyib.

 

DÇ-2018-in D qrupunda Argentina ilə Xorvatiya qarşılaşıb. İkincilərin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda qollardan birini Modriç vurub.

 

“Real”ın yarımmüdafiəçisi matçdan sonra görüşü şərh edib: “Argentinaya qarşı oyun göründüyü qədər asan olmadı. Qapıçının səhvindən sonra vurulan qol bizim üçün əsl hədiyyə oldu. Xüsusilə də ikinci hissədə balanslaşdırılmış komanda oyunu göstərdik. Messiyə qarşı diqqətli oynamağa çalışırdıq, məqsəd o idi ki, Leoya top maksimum az gəlsin. Bunu da bacardıq”.

 

Qeyd edək ki, qrupdakı iki oyudan sonra aktivində 6 xal olan Xorvatiya millisi 1/8 finala çıxmağı təmin edib.

0