[b]“Qarabağ” 10-a çatdı[/b]
16.08.2017 - 13:22
[b]“Qarabağ” 10-a çatdı[/b]

“Qarabağ”ın Çempionlar Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası 10-a çatıb. Apasport.az saytının məlumatına görə, pley-offun “Kopenhagen”lə Bakıdakı görüşündə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirində 10 oyundu uduzmur.

 

Ağdamlılar sonuncu dəfə 749 gün əvvəl məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz Şotlandiyada “Seltik”ə yenilib. 2015-ci il iyulun 29-dakı görüşdən sonra “Qarabağ” Çempionlar Liqasında uduzmayıb.

 

2015/16 mövsümündə 1, ötən il 4, cari turnirdə isə 5 dəfə meydana çıxan çempionumuz azarkeşlərinə üzüntü yaşatmayıb. Bu, Azərbaycan klublarının Çempionlar Liqasında mütləq rekordudu.

 

Əyalət klubu bu 2 ildən artıq müddətdə 5 qələbə qazanıb, 5 heç-heçə edib. Rəqib qapılarına 13 top vuran təmsilçimiz 3-nü buraxıb.

0