16 Oktyabr 13:14 "Qarabağ" - "Atletiko" matçının baş hakimi  3 futbolçumuzu cəzalandırıb
FUTBOL xəbərləri 16 Oktyabr 13:14
3996 baxış

"Qarabağ" - "Atletiko" matçının baş hakimi 3 futbolçumuzu cəzalandırıb

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Atletiko” matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA Bakıda baş tutacaq qarşılaşmanı fransalı hakimlər briqadasına həvalə edib.

 

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda Ruddi Buke ədalət təmsilçisi olacaq. Ona Jillom Debar və Frederik Kano kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Bertran Joanno yerinə yetirəcək. Görüşün əlavə hakim köməkçiləri isə Amauri Delerue və François Letexye olacaq.

 

Buke azərbaycanlı futbolsevərlərə tanış hakimdi. Fransalı referi ikinci dəfə ölkəmizə səfər edəcək.

 

Belə ki, 40 yaşlı hakim AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutmuş Azərbaycan – Xorvatiya görüşünün ədalət təmsilçisi olub. 2015-ci il sentyabrın 3-də 8-ci km qəsəbə stadionundakı oyun qolsuz bərabərliklə nəticələnib. Həmin matçda 6 dəfə əlini cibinə atan Buke yığmamızın 3 üzvünü – Kamran Ağayev, Ruslan Qurbanov və “Qarabağ”ın formasını geyinən Qara Qarayevi sarı vərəqə ilə cəzalandırıb.

 

İlk dəfə 2008-ci ildə Fransa yüksək liqasına təyinat alan Ruddi Buke 2011-ci ildən FİFA referisi adını daşıyır. Karyerası ərzində beynəlxalq arenada 53 matç idarə edən fransalı 227 sarı, 14 qırmızı vərəqədən istifadə edib. O, 21 dəfə penalti nöqtəsini göstərib.

 

Buke avrokubokların cari mövsümündə 2 oyun idarə edib. Avropa Liqasının pley-off mərhələsində “Rusenborq” – “Ayaks” (3:2) matçında ədalət təmsilçisi olmuş referi Çempionlar Liqasının qrupunda “Mançester Yunayted” – “Bazel” (3:0) görüşündə fit çalıb.

 

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək “Qarabağ” – “Atletiko” oyunu saat 20:00-da start götürəcək

Xəbər lenti