[b]“Qarabağ” Kopenhagendə[/b]
22.08.2017 - 08:46
[b]“Qarabağ” Kopenhagendə[/b]

Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Kopenhagen”lə qarşılaşacaq “Qarabağ” artıq oyunun keçiriləcəyi Danimarkadadı. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi dünən Kopenhagen şəhərinə çatıb.

 

Əyalət klubu saat 17:50-də Bakı-Kopenhagen reysiylə Danimarkaya yollanıb. Komanda 5 saatlıq yol qət etdikdən sonra şimal ölkəsinin paytaxtına çatıb. “Qarabağ” qalacağı otelə yerləşib.

 

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin avqustun 23-də səfərdə keçiriləcək cavab matçında “Kopenhagen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

 

0