[b]“Qarabağ” “Kukesi” ilə qarşılaşacaq [/b]
18.07.2018 - 22:56
[b]“Qarabağ” “Kukesi” ilə qarşılaşacaq

[/b]

Azərbaycan çempionu “Qarabağ” avrokubokların növbəti mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq.

 

Qurban Qurbanovun yetirmələri iyulun 24-25-də keçiriləcək ilk matça səfərdə çıxacaq. Bakıdakı cavab oyunu isə iyulun 31 və ya avqustun 1-də baş tutacaq.

 

Albaniya təmsilçisi I təsnifat mərhələsində Malta “Valetta”sını səfər qolu ilə keçib – 0:0, 1:1. “Qarabağ” isə Sloveniya “Olimpiya”sına rəqib meydanında qalib gəlib – 1:0, 0:0.

 

Qeyd edək ki, “Kukesi” 1930-cu ildə yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə Superliqada debüt edən komanda 6 mövsüm mübarizə aparıb. “Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda Superliqada keçirdiyi bütün çempionatları ilk “üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan “Kukesi” avrokuboklara yüksəlib. Aktivində ölkə kuboku (2015/16) və Superkuboku (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdi. “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev ötən mövsümün ilk yarısında bu komandada 17 matçda 4 qol vurub

 

0