[b]"Qarabağ" "Olimpiya"ya məğlub olsa, potensial rəqibləri bəlli oldu - YENİLƏNİB[/b]
19.06.2018 - 18:20
[b]"Qarabağ" "Olimpiya"ya məğlub olsa, potensial rəqibləri bəlli oldu - YENİLƏNİB[/b]

Avrokubokların formatında böyük islahatlar aparan UEFA ilk təsnifat mərhələlərinin püşkünü də fərqli şəkildə gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının püşkatması həmişəki kimi eyni gündə olmayıb.

İkinci dərəcəli turnirdəki mərasim iki hissəyə bölünüb. Onlardan biri bu gün baş tutubsa, biri sabah keçiriləcək.

Bugünkü püşkatma Nyonda olub və Bakı vaxtı ilə 18:00-da başlayıb. Bu, Avropa Liqasının II təsnifat mərhələsinin Çempionlar yolu ilə bağlıdı. Burada Çempionlar Liqasının ilk raundlarında uduzanlar mübarizə aparacaq.

İlkin mərhələdə məğlub olan 3 komanda, həmçinin I təsnifat mərhələsinin 15 uğursuzu burada qüvvəsini sınayacaq. Onlar ümumilikdə 9 cütlük təşkil edəcək.

Yəni “Qarabağ”ın yer aldığı Çempionlar Liqası cütü daxil olmaqla 18 rəqib olub. Həmin cütdə uduzan komandanın hansı cütün məğlubu ilə görüşəcəyi bəlli olub.

Çempionlar üçün təsəlli xarakteri daşıyan bu raundun ilk oyunları iyulun 26-da, cavab matçları avqustun 2-də keçiriləcək.

Avropa Liqasının Əsas yolunun püşkatması sabah olacaq. Bununla “Qəbələ”, “Neftçi” və “Keşlə”nin rəqibi bilinəcək.

 

“Olimpiya” (Sloveniya) / “Qarabağ” (Azərbaycan) cütünün məğlubu - “Lüdoqorets” (Bolqarıstan) / “Kruzaders” (Şimali İrlandiya) cütünün məğlubu

“Torpedo” (Kutaisi, Gürcüstan) / “Şerif” (Moldova) cütünün məğlubu - HİK (Finlandiya) / “Vikinqur” (Farer adaları) cütünün məğlubu

“Şkendiya” (Makedoniya) / TNS (Uels) cütünün məğlubu - İlkin mərhələnin final cütünün məğlubu

“Suduva” (Litva) / APOEL (Kipr) cütünün məğlubu - “Flora” (Estoniya) / “Hapoel” (Beyer-Şeva, İsrail) cütünün məğlubu

“Düdelanj” (Lüksemburq) / “Videoton” (Macarıstan) cütünün məğlubu - İlkin mərhələnin qalibi / “Malmö” (İsveç) cütünün məğlubu

“Spartak” (Latviya) / “Srvena Zvezda” (Serbiya) cütünün məğlubu - İlkin mərhələnin “La Fiorita” (San-Marino) / “Linkoln” (Cəbəllütariq) cütünün məğlubu

“Spartak” (Slovakiya) / “Zrinski” (Bosniya və Herseqovina) cütünün məğlubu - “Kukesi” (Albaniya) / “Valletta” (Malta) cütünün məğlubu

“Astana” (Qazaxıstan) / “Sutyeska” (Monteneqro) cütünün məğlubu - “Alaşkert” (Ermənistan) / “Seltik” (Şotlandiya) cütünün məğlubu

İlkin mərhələnin “FK Santa Koloma” (Andorra) / “Drita” (Kosovo) cütünün məğlubu - “Valyur” (İslandiya) / “Rusenborq” (Norveç) cütünün məğlubu

 

Qeyd edək ki, “Kork Siti” (İrlandiya) - “Legiya” (Polşa) cütünün məğlubu Avropa Liqasının Çempionlar yoluna III təsnifat mərhələsindən başlayacaq.

0