13 Avqust 19:17 "Qarabağ" "qara bazar"a qarşı
FUTBOL xəbərləri 13 Avqust 19:17
3090 baxış

"Qarabağ" "qara bazar"a qarşı

Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” matçının bilet satışı davam edir. Apasport.az klubun saytına istinadən məlumat verir ki, Ağdam təmsilçisi 1 manatlıq biletləri növbəli şəkildə satışa çıxarır.

 

Belə ki, hər gün bu qiymətə olan iki sektorun biletləri kassalara verilir. Buna da səbəb biletlərin “qara bazar”a ötürülməsinin qarşısını almaqdı.

 

Qeyd edək ki, Azərbaycan çempionu Danimarka klubu ilə ilk matçını avqustun 15-də Bakıda keçirəcək.

Xəbər lenti