[b]“Qarabağ” və “Neftçi” darmadağın oldu[/b]
25.09.2017 - 20:06
[b]“Qarabağ” və “Neftçi” darmadağın oldu[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında VI turun 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, üç qarşılaşmada ümumilikdə 14 qol vurulub.

 

Əsas komandadan fərqli olaraq bu yarışda autsayder olan “Qarabağ” yenə məğlub olub. Ağdamlılar “Sumqayıt”a boyun əyib.

 

“Qəbələ” isə “Neftçi”yə rəhm etməyib – 7:1.
 

Əvəzedicilərin çempionatı

VI tur
 

“Səbail” - “Kəpəz” – 2:1
Qollar: Aqşin Hüseynov, 21; Murtuz Abakarov, 63 - Eltac Mirzəyev, 41

“Qarabağ” - “Sumqayıt” – 1:5
Qollar: Salman Cəfərov, 33 - Ehtiram Şahverdiyev, 6; Ramil Həsənov, 29; Süleyman Piriyev, 31; İbrahim Qədirzadə, 54, (ö.q.); Fərid Kərimzadə, 70

“Qəbələ” - “Neftçi” – 7:1
Qollar: Roman Hüseynov, 35; Ülvi İbazadə, 37; Famusa Kone, 44; Hacıağa Hacılı, 53; Ülvi İsgəndərov, 61; 76; 89 - Miradbulla Abbasov, 81

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qəbələ

6

6

0

0

30-4

18

2

Zirə

5

4

0

1

11-4

12

3

Sumqayıt

6

2

2

2

10-18

8

4

Neftçi

6

2

1

3

7-11

7

5

Səbail

6

2

1

3

9-13

7

6

Kəpəz

6

1

3

2

8-9

6

7

İnter

5

0

4

1

8-12

4

8

Qarabağ

6

0

1

5

2-14

1


Ülvi İsgəndərov - 11 qol (Qəbələ)
Müşfiq İlyasov - 4 qol ("Zirə)

 

0