[b]“Qarabağ” və “Sumqayıt”dan çətin qələbə - YENİLƏNİB[/b]
25.02.2018 - 19:54
[b]“Qarabağ” və “Sumqayıt”dan çətin qələbə - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, dünən olduğu kimi, bugünkü 2 qarşılaşma da Bakıda oynanılıb.

 

İlk olaraq “Keşlə” ilə “Sumqayıt” meydana çıxıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

 

Tura liderin oyunu ilə yekun vurulub. Ardıcıl 5-ci çempionluq üçün mübarizə aparan “Qarabağ” “Kəpəz”i sınağa çəkib. 6 matçdı xala həsrət qalan qərblilərin uğursuz  seriyası bu dəfə də davam edib. "Qarabağ" sona 5 dəqiqə qalmış vurduğu qolla doğma meydanda qələbəni bayram edib. 

 


Azərbaycan Premyer Liqası

XVII tur

25 fevral (bazar)
 

“Qarabağ” – “Kəpəz” - 1:0

Qol: Almeyda, 85

İlk iki dövrədəki oyunlar – 2:0, 2:0
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Cəmil Quliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əhmədağa Cabbarov

“Azərsun Arena”

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 8. Markos Madera, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 77. Donald Qerye, 70. Nicat Süleymanov, 98. Ruslan Hacıyev, 90. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov

 

“Kəpəz”: 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 48. Dieqo Qusmao, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 10. Tural Rzayev, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 3. Dedimar Ferreyra, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə
Baş məşqçi: Yunis Hüseynov

 

 

“Keşlə” – “Sumqayıt” - 1:2

Qollar: Rail Məlikov, 12 (avtoqol) - Tural Axundov, 3 (pen.), Rəşad Eyyubov, 90

İlk iki dövrədəki oyunlar – 1:1, 1:3
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Elşən Acalov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev

“İnter Arena”

 

“Keşlə”: 1. Kamran Ağayev (k), 3. Denis Silva, 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 65. Cabir Əmirli, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Baş məşqçi: Yuri Maksimov

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun  Hüseynov (k), 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 70. Ülvi İsgəndərov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 32. Rəşad Eyubov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov 
Məşqçi: Seymur Rəhimov

 

 

1

Qarabağ

17

14

2

1

27-6

44

2

Qəbələ

17

11

2

4

31-17

35

3

Zirə

17

9

5

3

26-15

32

4

Sumqayıt

17

8

3

6

22-19

27

5

Neftçi

17

6

2

9

19-19

20

6

Səbail

17

5

2

10

12-24

17

7

Keşlə

17

3

3

11

12-27

12

8

Kəpəz

17

2

1

14

10-32

7

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 11 qol

0