Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə” “Qarabağ”ı qəbule edib. Apasport.az saytının məlumatına görə, qolsuz bərabərliklə başa çatan matç tərəflər arasında 8-ci çempionat görüşü olub.
Maraqlıdır ki, geridə qalan oyunlarda paytaxt təmsilçisinin qələbəsi yoxdu. İki qarşılaşmada qalib müəyyənləşməyibsə, daha 6 görüş ağdamlıların xeyrinə başa çatıb.
İkili rəqabətin son 5 oyunununda 2:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun komandası uğurlu ənənəyə son qoyubsa, son 6 oyunda qol vura bilməyən “Zirə”nin uğursuz ənənəsi davam edib.
İki komanda arasındakı top fərqində isə uçurum müşahidə olunur – 1:14.