[b]“Qarabağ”da qruplaşma: Zalda başlayıb meydanda davam etdi[/b]
21.06.2018 - 20:11
[b]“Qarabağ”da qruplaşma: Zalda başlayıb meydanda davam etdi[/b]

Dünən Avstriyaya yollanan “Qarabağ bu gündən etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Apasport.az saytının məlumatına görə, günün ilk məşqi yerli vaxtla saat 12:30-da başlayıb.

 

Futbolçular fitnes zalında yüngül hərəkətlərindən sonra meydançada hazırlıqları davam etdirib.

 

İki qrup halında məşq edən oyunçular daha çox fiziki hazırlıqla kifayətlənib. Məşq təxminən 1 saat 40 dəqiqə davam edib. 
 

Qeyd edək ki, günün ikinci məşqi yerli vaxtla 18:30-da (Bakı vaxtıyla 20:30) baş tutacaq.

0