[b]“Qarabağ”dan Şotlandiya millisinin sabiq qapıçısına təklif[/b]
22.06.2018 - 11:13
[b]“Qarabağ”dan Şotlandiya millisinin sabiq qapıçısına təklif[/b]

Ötən mövsümün sonunda İbrahim Şehiçlə yollarını ayıran “Qarabağ” qapıçı axtarışlarını davam etdirir. Apasport.az saytı xəbər verir ki, "Daily Express" daha bir qolkiperin adını Azərbaycan çempionu ilə birgə hallandırıb.

 

Belə ki, nəşrin iddiasına görə, Ağdam təmsilçisi şotlandiyalı Con Makloflinə “elçi düşüb”. Xəbərdə “Qarabağ”ın 31 yaşlı qolkiperlə danışıqlara başladığı vurğulanıb. Son klubu “Harts” olan Şotlandiya millisinin sabiq üzvünə Azərbaycan çempionu 2 illik müqavilə təklif edib. Mövsümün sonunda “Harts”la müqavilə müddəti bitən Makloflinin hazırda azad agent statusu daşıması bu keçidin reallaşma ehtimalını artırır.

 

Qeyd edək ki, dünən İtaliya mətbuatında “Qarabağ”ın “Peskara”nın qapıçısı Vinçentso Fiorilloya təklif göndərdiyi yazılmışdı.

0