[b]“Qarabağ”ın ikincisi [/b]
18.07.2018 - 23:29
[b]“Qarabağ”ın ikincisi

[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Olimpiya” ilə Bakıdakı oyunu “Qarabağ”ın futbolçusu Ansi Aqolli üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qolsuz sülhlə başa çatan qarşılaşma albaniyalı legionerin Ağdam təmsilçisində 300-cü rəsmi matçı olub.

 

Bu görüşlərdə futbolçu 4 qola sevinib. Müdafiəçi klub tarixinə ən azı 300 oyun keçirən 7-ci futbolçu kimi düşüb.

 

Belə ki, 1987-ci ildə yaranan klubun 31 illik tarixində bunadək 6 oyunçu 300-ü fəth etmişdi. Ansi karyerasını “Qarabağ”da davam etdirənlər arasında bunu bacaran ikinci oyunçudu. Onadək yalnız Maksim Medvedev buna nail olub.

0