[b]“Qarabağ”ın rəqibində maaş davası[/b]
24.11.2017 - 10:20
[b]“Qarabağ”ın rəqibində maaş davası[/b]

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Çelsi”də qapıçı Tibo Kurtuanın gələcək taleyi qeyri-müəyyəndi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “zadəganlar”ın bir müddətdi yeni müqavilə təklif etdiyi belçikalı qərarını açıqlayıb.

 

“Qarabağ” üzərindəki qələbədən (4:0) sonra Londonda rəhbərliklə görüşən Kurtua yeni sazişə qol çəkməyə razılıq verib. Lakin 25 yaşlı oyunçunun bunun üçün şərti var. Hazırda həftəlik məvacibi 110 min avro olan Kurtua yeni anlaşma üçün bu məbləğin 230 min avro olmasını tələb edib.

 

“Çelsi” ilə sözləşmə müddəti 2019-cu ilin yayına qədər olan qolkiper “Mançester Yunayted”dəki həmkarı David De Xea qədər qazanmaq niyyətindədi.

 

Qeyd edək ki, Tibo Kurtua “Real”, PSJ və “Yuventus”un maraq dairəsindədi.

0