[b]“Qəbələ” ilə oyunöncəsi qələbə[/b]
16.07.2018 - 12:51
[b]“Qəbələ” ilə oyunöncəsi qələbə[/b]

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Proqres” yoxlama görüşü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Paolo Amodio Azərbaycan klubu ilə cavab matçı öncəsi yerli “Jeness”lə görüşdə yetirmələrini sınayıb.

 

Oyun Niderkorn təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Amodio bu görüşdə əsasən ehtiyat qüvvəyə şans verib.

 

Qeyd edək ki, Qəbələdə 2:0 hesablı qələbə qazanan “Proqres” “Qəbələ”ni iyulun 19-da Lüksemburqda qəbul edəcək.

 

0