[b]“Qəbələ”nin rəqibinin planı: Əvvəlcə hazırlıq oyunu, sonra final[/b]
15.07.2018 - 14:41
[b]“Qəbələ”nin rəqibinin planı: Əvvəlcə hazırlıq oyunu, sonra final[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Proqres” hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Lüksemburq təmsilçisi bu gün sınaq matçına çıxacaq.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirlib ki, “arılar” yerli “Yunes Kanax” klubu ilə hazırlıq matçı keçirəcəklər. Ardınca isə bütün komanda üzvləri ilə birlikdə DÇ-2018-in finalında Fransa – Xorvatiya matçı izləniləcək.

 

Qeyd edək ki, “Proqres” ilk oyunda “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

0