[b]“Qəbələ”yə lazım olmayan futbolçu baxışa çağırıldı[/b]
19.08.2017 - 13:18
[b]“Qəbələ”yə lazım olmayan futbolçu baxışa çağırıldı[/b]

“Qəbələ”dən ayrılan David Petrzkeviç karyerasını ölkəsində davam etdirə bilər. Apasport.az saytı Polşa mətbuatına istinadən xəbər verir ki, təcrübəli qapıçı Ekstraklasa təmsilçisi “Sandeçya”nın heyətində məşqlərə başlayıb.

 

Klubun prezidenti Qjeqorz Haslik və baş məşqçi Radoslav Mroçkovski bir müddət öncə yerli mediaya açıqlama verərək, yeni çərçivə qoruyucusuna ehtiyac duyduqlarını bildirmişdilər. Onlar Azərbaycanı tərk etdikdən sonra klubsuz qalan Petrzkeviçin “Sandeçya”da məşq etməsinə qarşı çıxmayıblar. 29 yaşlı qolkiperin Novı-Sonç təmsilçisi ilə müqavilə bağlayıb-bağlamayacağı hələ dəqiqləşməyib. Məsələ burasındadı ki, baş məşqçi onun əvvəlcə baxışdan keçməsini istəyib.

 

Petrzkeviçlə bağlı yerli mətbuata açıqlama verən klubun katibi Marçin Roqovski bunları deyib: “Davidin komandamızın məşqlərində iştirak etdiyini təsdiqləyirəm. Hazırlıq prosesi başa çatdıqdan sonra taleyinə, “Sandeçya”ya lazım olub-olmayacağına aydınlıq gələcək”.

 

Qeyd edək ki, Azərbaycanda ilk olaraq “Simurq” klubunun formasını geyinmiş Petrzkeviç 2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”nin uğurları üçün çalışıb. 

0