[b]Qolovin addım-addım “Çelsi”yə[/b]
17.07.2018 - 12:06
[b]Qolovin addım-addım “Çelsi”yə[/b]

Moskva MOİK-inin və Rusiya millisinin üzvü Aleksandr Qolovin uğrunda “Monako” və “Çelsi” mübarizə aparır. Apasport.az saytının “Corriere dello Sport”a istinadən məlumatına görə, “zadəganlar” transferi bitirməyə daha yaxın olan tərəfdilər.

 

“Çelsi”nin daha yüksək məbləğ təklif etməsi həlledici ola bilər. London klubunun yaxın iki-üç gün ərzində transferi rəsmiləşdirməsi ehtimal daxilindədi.

 

Qeyd edək ki, Rusiyada keçirilən dünya çempionatında ev sahiblərinin heyətində 4 matçda meydana çıxan Aleksandr Qolovin 1 dəfə fərqlənmiş, 2 dəfə isə məhsuldar ötürmə ilə yadda qalmışdı.

0