Mourinyo "Tottenhem"in hücumçusunu təriflədi
10.05.2024 - 22:00
"Tottenhem"in keçmiş baş məşqçisi Joze Mourinyo komandanın kapitanı Son Hın-Min haqda danışıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis koreyalı futbolçunu tərifləyib:
“Mən Sonu dünyanın ən yaxşı oyunçularından biri hesab edirəm. Ola bilsin ki, "Tottenhem" azarkeşləri dediklərimi bəyənməyəcək, amma bu, əlbəttə ki, hörmətsizlik deyil.
O, titullar qazana, ən yaxşı komandalarda oynaya bilərdi. O, İngiltərədə "Mançester Siti", "Liverpul" və "Çelsi"də oynamalıydı. Bəlkə o zaman, daha uğurlu bir karyeraya sahib olardı".
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0