17 Oktyabr 00:44 Qriqorçukun nəticəsi təkrarlandı
FUTBOL xəbərləri 17 Oktyabr 00:44
1631 baxış

Qriqorçukun nəticəsi təkrarlandı

Ukrayna Premyer Liqasının XII turunda Kiyev “Dinamo”su “Çernomorets” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş Odessa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Maraqlıdı ki, bu, iki komanda arasındakı 49-cu oyunda kiyevlilərin cəmi 5-ci məğlubiyyətidir. Belə uğura ümumilikdə 3 məşqçi sevinmişdi ki, “Çernomorets”in hazırkı çalışdırıcısı Oleq Dulub 4-cü olub.

 

“Dinamo” üzərində nadir qələbə sevinci yaşamış mütəxəssislərdən biri də hazırda “Qəbələ”yə rəhbərlik edən Roman Qriqorçukdur. Onun çalışdırdığı “Çernomorets” 2013/14 mövsümündə kiyevlilərə 2:1 hesabı ilə qalib gəlməyi bacarıb.

 

Leonid Buryak (1994/95 – 2:1; 1995/96 – 1:0) və Semyon Altman (2003/04 – 1:0) da “qaradənizlilər”lə belə qələbəyə sevinib.

 

Qeyd edək ki, “Dinamo” ilə “Çernomorets” arasındakı 49 oyunun 5 də ikincilər qalib gəlibsə, 37 oyun kiyevlilərin qələbəsi ilə yekunlaşıb. Daha 7 oyunda isə qalib müəyyənləşməyib. 

Xəbər lenti