[b]“Qrizmann “Barselona”da Messinin əsgəri olacaqdı”[/b]
20.06.2018 - 09:53
[b]“Qrizmann “Barselona”da Messinin əsgəri olacaqdı”[/b]

“Atletiko”nun baş direktoru Migel Xil Marin Antuan Qrizmannın “Barselona”ya keçməkdən imtina etməsinə münasibət bildirib. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, o, fransız futbolçunun “Barselona”da Messinin tabeçiliyində olan əsgər olacağını deyib.

 

“Bizim üzərimizə düşən tapşırıq “Atletiko” layihəsini daha da gücləndirməkdən ibarətdi. Qrizmann bizim əsas oyunçumuzdu. “Barselona”da isə o, Messinin xidmətindəki əsgər olacaqdı. Bizimlə birlikdə “qırmızı-ağlar”ın tarixini yazmağa davam edə bilər” – deyə, Marin bildirib.

 

Baş direktor “Barselona”nı FİFA-ya şikayət etmək fikrində olduqlarını sözlərinə əlavə edib: “Qrizmannla danışıqlar apardığına görə “Barselona”nı FİFA-ya şikayət etmək istəyirik. Əlimizdə buna dair sübut var”.

 

Qeyd edək ki, Antuan Qrizmann “Atletiko” ilə olan müqaviləsini 2023-cü ilə qədər uzadıb.

0