16 Oktyabr 16:17 Qurbanov Simeoneni qabaqlayacaq
FUTBOL xəbərləri 16 Oktyabr 16:17
470 baxış

Qurbanov Simeoneni qabaqlayacaq

Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Atletiko" matçından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 17-də, saat 13:30-da media mənsublarının önünə çıxacaq.

 

Mətbuat konfransı Bakı Olimpiya Stadionunda baş tutacaq. “Qarabağ”ın son məşqi isə saat 19:00-da "Azərsun Arena"da keçiriləcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

"Atletiko"nun baş məşqçisi isə saat 17:15-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi isə saat 18:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

 

 

 

Xəbər lenti