19 May 21:36 “Real” 16 yaşlı futbolçu üçün 60 milyon ödəyəcək
FUTBOL xəbərləri 19 May 21:36
883 baxış

“Real” 16 yaşlı futbolçu üçün 60 milyon ödəyəcək

Madridin “Real” klubu növbəti transferini həyata keçirib. Apasport.az saytının məlumatına görə, “karal klubu” Teo Hernandezdən sonra daha bir gənc oyunçunu heyətə cəlb edib.

 

“Flamenqo”nun hücumçusu Vinisius Junior bundan sonra Madrid klubunun şərəfini qoruyacaq. Daha əvvəl “Barselona”nın da maraq dairəsində olduğu bildirilən oyunçunun keçidini artıq “Flamenqo”nun prezidenti Kleber Leyte də təsdiqləyib.

 

İspaniya mətbuatənda yer alan məlumatlara görə, “Real” 16 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcək.

Xəbər lenti