21 Sentyabr 09:59 “Real” “Santos”un rekordunu təkrarlaya bilmədi
FUTBOL xəbərləri 21 Sentyabr 09:59
927 baxış

“Real” “Santos”un rekordunu təkrarlaya bilmədi

La Liqanın V turunda “Betis”i qəbul edən Madrid “Real”ı məğlubiyyətlə (0:1) üzləşib. Apasport.az saytı xəbər verir ki, “kral klubu” uzun fasilədən sonra meydanı qol vurmadan tərk edib.

 

Bununla da, “qalaktikos”un 73 oyunluq qol seriyası qırılıb. Halbuki madridlilər “Betis”lə görüşdə fərqlənəcəkləri təqdirdə, “Santos”a məxsus rekordu təkrarlayacaqdılar. Braziliya klubu əfsanəvi futbolçu Pelenin dövründə, 1961-1963-cü illərdə ardıcıl 74 görüşdə qol vurmağı bacarmışdı.

 

Qeyd edək ki, “Real” sonuncu dəfə 2016-cı ilin aprelində Çempionlar Liqasında “Mançester Siti” ilə matçda (0:0) rəqib qapısına yol tapa bilməmişdi.



 

Xəbər lenti