13 Sentyabr 17:33 “Real”da daha bir yeni müqavilə
FUTBOL xəbərləri 13 Sentyabr 17:33
522 baxış

“Real”da daha bir yeni müqavilə

Madrid “Real”ında daha bir futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Marselo klubla anlaşmasının müddətini uzadıb.

 

Tərəflər arasında razılığa əsasən, Braziliya millisinin üzvü 2022-ci ilə qədər “Real”a məxsus olacaq. Müqavilənin detalları barədə hələlik heç bir açıqlama verilməyib. 29 yaşlı cinah oyunçusu sabah mətbuat konfransı keçirəcək.

 

Qeyd edək ki, Marselo 2007-ci ildən “Real”ın formasını geyinir.

Xəbər lenti