[b]Rəmzi komandaya ən çox seçilənlər - SİYAHI[/b]
17.11.2017 - 16:23
[b]Rəmzi komandaya ən çox seçilənlər - SİYAHI[/b]

UEFA ilin rəmzi komandasına ən çox seçilən futbolçuların adlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, siyahıda karyerasını bitirmiş 4 oyunçu da var.

 

Bunlar Karles Puyol, Filip Lam, Stiven Cerrard və Tyerri Anridi.

 

Onlarla yanaşı, Madrid “Real”ının üzvləri – Serxio Ramos və Kriştianu Ronaldo, həmçinin “Barselona”nın formasını geyinən Xerard Pike, Andres İnyesta və Lionel Messi də siyahıda öz yerini tutub.

 

“11-lik”də adı yer alan digər 2 futbolçu isə “Real”ın sabiq qapıçısı İker Kasilyas və “Barselona”nın keçmiş kapitanı Xavi Ernandesdi.

 

Qapıçı

İker Kasilyas – 6 (2007, 2008, 2009, 2010, 2011, 2012)

 

Müdafiəçilər

Karles Puyol – 6 (2002, 2005, 2006, 2008, 2009, 2010)

Filip Lam – 5 (2006, 2008, 2012, 2013, 2014)

Serxio Ramos – 6 (2008, 2012, 2013, 2014, 2015, 2016)

Xerard Pike – 5 (2010, 2011, 2012, 2015, 2016)

 

Yarımmüdafiəçilər

Xavi Ernandes – 5 (2008, 2009, 2010, 2011, 2012)

Andres İnyesta – 6 (2009, 2010, 2011, 2012, 2015, 2016)

Stiven Cerrard – 3 (2005, 2006, 2007)

 

Hücumçular

Kriştianu Ronaldo – 11 (2004, 2007, 2008, 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, 2016)

Lionel Messi – 8 (2008, 2009, 2010, 2011, 2012, 2014, 2015, 2016)

Tyerri Anri – 5 (2001, 2002, 2003, 2004, 2006)

0