26 Fevral 00:33 Renatın qolu məğlubiyyətə əngəl olmadı
FUTBOL xəbərləri 26 Fevral 00:33
311 baxış

Renatın qolu məğlubiyyətə əngəl olmadı

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında XIX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, əsas millimizin hücumçusu Renat Dadaşov və U-19 yığmamızın üzvü Murad Mahmudovun çıxış etdiyi “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.

 

Frankfurtlular səfərdə “Furth”lu həmyaşıdları ilə qarşılaşıblar. Turnir cədvəlinin sonuncusu ilə görüşdə qalib müəyyənləşməyib Frankfurtlular məğlubiyyətə üzülüblər – 2:3.

 

Hər iki oyunçumuz matçın iştirakçısı olub. Renat matçın əvvəlində sonuna kimi oynayıbsa, Murad 74-cü dəqiqədə meydana çıxıb.

 

Dadaşov komandasının qollarından birinə imza atıb, amma bu məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

 

Qeyd edək ki, iki oyun əskik keçirən və 17 matçdan sonra aktivində 19 xal olan “Ayntraxt” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 

Xəbər lenti