14 Fevral 10:46 “Roma” “Qarabağ”ın sayəsində qrup birincisi oldu”
FUTBOL xəbərləri 14 Fevral 10:46
3196 baxış

“Roma” “Qarabağ”ın sayəsində qrup birincisi oldu”

Çempionlar Liqası (ÇL) iştirakçılarının kuboku qazanmaq şansları dəyərləndirilib. Apasport.az saytının Britaniyanın “Mirror” nəşrinə istinadən məlumatına görə, ÇL-in qalibi olmağa ən real namizəd kimi “Mançester Siti” göstərilib.

 

1/8 finalda “Bazel”i səfərdə 4 cavabsız qolla üstələyərək növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edən “şəhərlilər”in ən böyük üstünlüklərinin Pep Qvardiola kimi baş məşqçiyə sahib olmaları bildirilib. Növbəti yerlərdə isə “Barselona” və PSJ qərarlaşıblar.

 

Yazıda vurğulanıb ki, turnirin son qalibi “Real”ın titulunu qoruması yuxarıda adları sadalanan 3 komandanın çıxışından asılı olacaq. Axırıncı finalçı “Yuventus” isə 7-ci şanslı hesab edilir.

 

“Qarabağ”ın yer aldığı C qrupunda yoluna davam edən “Çelsi” ilə “Roma” 10-11-ci pillələrdə mövqe tutublar. Həmkarlarımız, xüsusən də, “Roma”nın sona qədər getmək şansını az dəyərləndirirlər: “Roma” “Qarabağ” üzərində qazandığı iki qələbə sayəsində qrupu birinci pillədə başa vurdu. Alisson kimi yaxşı qapıçıya sahib olsalar da, orta sahələrində balans düzgün qurulmayıb”.

 

“Mirror”un dəyərləndirməsinə görə, klubların Çempionlar Liqasını qazanmaq şansları aşağıdakı kimi sıralanıb…

 

1. “Mançester Siti”

2. “Barselona”

3. PSJ

4. “Real”

5. “Bavariya”

6. “Liverpul”

7. “Yuventus”

8. “Mançester Yunayted”

9. “Tottenhem”

10. “Çelsi”

11. “Roma”

12. “Şaxtyor”

13. “Porto”

14. “Beşiktaş”

15. “Sevilya”

16. “Bazel”

 

Qeyd edək ki, “Roma” ÇL-in qrup mərhələsində “Qarabağ”dan 6, “Çelsi”dən 4, “Atletiko”dan isə 1 xal alaraq, 11 xalla birinci yeri tutub.