24 May 18:11 Ronaldinyo iki qadınla birdən evlənir
FUTBOL xəbərləri 24 May 18:11
576 baxış

Ronaldinyo iki qadınla birdən evlənir

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo qeyri-adi addımla gündəmə gəlib. Apasport.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, “sambaçı” eyni anda iki qadınla evlənməyə hazırlaşır.

 

38 yaşlı sabiq yarımmüdafiəçi avqustda Prişilya Koelyo və Bitrayz Souza ilə ailə həyatı quracaq. Roninin gələcək xanımları ötən ilin dekabr ayından bəri onun Rio-de-Janeyrodakı villasında birlikdə yaşayır. Bitrayz 2016-cı ildən, Prişilya isə daha uzun müddətdi ki, Ronaldinyo ilə sevgilidi.

 

Dünya çempionu hər iki xanıma 1500 funt-sterlinqlik çek və eyni ətir hədiyyə verib. Maraqlıdı ki, Ronaldinyo yanvarda onlara eyni anda evlilik təklifi edib. Lakin bundan narazılıq bildirən dünya ulduzunun bacısı Deisi avqustda baş tutacaq toyda iştirak etməyəcək. Bir çox tanınmış simanın qatılacağı toy mərasimində səhnə Ronaldinyonun qonşusu olan məşhur müğənni Jorje Verkilyoya tapşırılacaq.

Xəbər lenti