27 May 01:45 Ronaldodan ayrılıq “siqnal”ları
FUTBOL xəbərləri 27 May 01:45
889 baxış

Ronaldodan ayrılıq “siqnal”ları

“Liverpul” üzərində qələbə ilə Çempionlar Liqasını qazanan “Real”ın ulduzu Kristiano Ronaldo final matçından sonra maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, 5-ci dəfə ÇL-də qalib olan portuqaliyalı oyunçu ayrılıq “siqnallar”ı verib.

 

O, karyerası ilə bağlı yaxında açıqlama verəcəyini deyib: “Real”da oynamaq çox gözəl idi. Həmişə mənə dəstək olan azarkeşlərə qarşıdakı günlərdə gələcəyimlə bağlı lazımi açıqlamaları verəcəm”.

 

İspaniya və Avropa mətbuatında geniş rezonans yaradan açıqlamalar Ronaldonun ayrılıq mesajları kimi dəyərləndirilib.

Xəbər lenti