16 Mart 23:58 Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı
FUTBOL xəbərləri 16 Mart 23:58
3252 baxış

Rüfət Dadaşov "Dinamo"ya qələbə qazandırdı

Almaniya Regional Liqasında təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası "Dinamo" "Auerbax"ı qəbul edib.

 

Matçda hesabı 19-cu dəqiqədə qonaqlar açıb. Lakin "Dinamo" son 10 dəqiqədə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 81-ci dəqiqədə Rafael Brand hesabı bərabərləşdirib. Cəmi 4 dəqiqə sonra isə çempionatın bombardiri Dadaşov fərqlənərək, Berlin klubuna qələbə qazandırıb.

 

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran "Dinamo" 2-ci pillədəki mövqeyini qoruyub. Rüfət Dadaşov isə 21-ci qolunu vurub.

Xəbər lenti