11 Oktyabr 16:05 Sabiq “Neftçi”li “Kəpəz”ə keçdi
FUTBOL xəbərləri 11 Oktyabr 16:05
630 baxış

Sabiq “Neftçi”li “Kəpəz”ə keçdi

Azərbaycan yığmasının formasını geyinmiş Məhəmməd Qurbanov ölkə çempionatında yaranan fasilə müddətində “Kəpəz”də baxışdan keçib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 25 yaşlı futbolçu gəncəlilərin baş məşqçisi Şahin Diniyevin etimadını doğruldub.

 

Klub rəhbərliyi ilə Qurbanov artıq müqavilə məsələsində razılığa gəlib. Forvard yeni komandası ilə cari mövsümün sonuna qədər müqavilə imzalayıb. O, “Kəpəz”də 24 nömrəli forma altında çıxış edəcək.

 

Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarının da şərəfini qoruyub.

Xəbər lenti