[b]Sabiq “Qarabağ”lı Araz Abdullayevə rəqib oldu[/b]
18.08.2017 - 15:11
[b]Sabiq “Qarabağ”lı Araz Abdullayevə rəqib oldu[/b]

"Qarabağ"ın keçmiş hücumçusu İnnosent Emeqaranın yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, isveçrəli futbolçu Kiprə köçüb.

 

Belə ki, o, “Ermis” klubu ilə anlaşıb. Tərəflər arasında 1 illik müqavilə bağlanılıb.
 

2014/15 mövsümünün ilk yarısında "Qarabağ"ın formasını geyinən Emeqara son olaraq ABŞ-ın "San Xose" klubunda çıxış edib.
 

Qeyd edək ki, bu yaxınlarda Azərbaycan yığmasının üzvü Araz Abdullayev Kiprin digər komandası – “Anortosis”ə keçmişdi. 

0