13 Dekabr 09:56 Sadıqovun rekordunu Rəşad qırır
FUTBOL xəbərləri 13 Dekabr 09:56
3057 baxış

Sadıqovun rekordunu Rəşad qırır

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisinin adı açıqlanacaq. Apasport.az saytının məlumatına görə, millimizin sabiq müdafiəçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov U-21-ə rəsmi təyinat alacaq.

 

35 yaşlı mütəxəssis yığmanı AVRO-2019-un seçmə mərhələsinin ikinci yarısına hazırlayacaq. İlk 5 matçda bərbad çıxış edib, cəmi 1 xal toplayan komandanın durumunu yaxşılaşdırmaq 35 yaşlı gənc çalışdırıcının üzərinə düşür.

 

Məşqçilik təcrübəsi “Qarabağ”ın U-19 komandasındakı ilyarımlıq fəaliyyətdən ibarət olan Rəşad bu qısa müddətdə müəyyən uğur qazanıb. Komandasını U-19 Liqasının qalibi edən məşqçi Gənclər Liqasının Çempionlar Liqası yolunda Azərbaycan üçün ilk qələbənin memarı olub.

 

Sadıqovun yeni komandada – U-21-də rəsmi debütü isə gələn il gerçəkləşəcək. Onun rəhbərlik etdiyi yığma 2018-ci il martın 23-də AVRO-2019-un seçmə mərhələsində növbəti sınağına çıxacaq. Millimiz səfərdə Kosovo ilə görüşəcək.

 

Kosovodakı qarşılaşma yığma tarixində yeni rekordla əlamətdar olacaq. Belə ki, Rəşad U-21-i seçmə oyuna çıxaracaq ən gənc çalışdırıcı olacaq. Bu gün təyinatı rəsmiləşəcək məşqçinin rəsmi debütü 35 yaş 279 günlüyündə gerçəkləşəcək.

 

Sadıqov U-21-in seçmə mərhələlər tarixində 11-ci baş məşqçi olacaq. Lakin Rəşad digər 10 həmkarından gəncdi.

 

Bunadək ən gənc məşqçi rekordu Rəşadın həmsoyadı Vaqif Sadıqova məxsus idi. “Qarabağ”ın müdafiəçisi vaxtilə rəhbərliyi altında da oynadığı mütəxəssisin rekordunu 82 gün yeniləyəcək.

 

Baş məşqçi

Seçmə mərhələdə debüt

Təvəllüd

Debüt günündə yaşı

Valeri Hacıyev

06.09.1994

09.08.1941

53 yaş 27 gün

Vaqif Sadıqov

28.03.1995

01.04.1959

35 yaş 361 gün

Ağasəlim Mircavadov

09.10.1998

11.04.1947

51 yaş 181 gün

Əsgər Abdullayev

02.09.2000

27.03.1960

40 yaş 159 gün

Yaşar Vahabzadə

11.06.2003

08.04.1960

43 yaş 63 gün

Təbriz Həsənov

02.09.2005

15.06.1967

38 yaş 79 gün

Nazim Əliyev

11.05.2006

05.04.1963

43 yaş 36 gün

Şakir Qəribov

02.06.2007

15.01.1956

51 yaş 138 gün

Bernard Lippert

25.03.2008

12.03.1962

46 yaş 13 gün

Samir Ələkbərov

06.10.2017

08.10.1968

48 yaş 363 gün

Rəşad Sadıqov

22.03.2018

16.06.1982

35 yaş 279 gün

 

 

Xəbər lenti