[b]Salah və Qrizmanna eyni alternativ[/b]
22.05.2018 - 22:16
[b]Salah və Qrizmanna eyni alternativ[/b]

“Yuventus”un aparıcı futbolçusu Paulo Dibala İtaliyanı tərk edə bilər. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu iki klubdan təklif alıb.

 

Bunlar “Liverpul” və “Atletiko”du. “Qırmızılar” Məhəmməd Salahın “Real”a mümkün keçidini nəzərə alaraq, Dibala ilə indidən danışıqlara başlayıb. Madridlilər isə Antuan Qrizmannın “Barselona”ya transfer olunmaq ehtimalını düşünərək, bu keçidi planlaşdırır.

 

Qeyd edək ki, Paulo Dibala bu mövsüm “Yuventus”un heyətində ümumilikdə 50 oyunda iştirak edib, 26 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

0