21 May 10:18 Samir Abasov: 3, 23, 33
FUTBOL xəbərləri 21 May 10:18
479 baxış

Samir Abasov: 3, 23, 33

“Sumqayıt”ın baş məşqçisi postundan istefa verən Samir Abasov “Gənclik şəhəri” təmsilçisinə təxminən 3 mövsüm rəhbərlik edib. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin oktyabrından “göy-ağlar”a rəhbərlik edən 40 yaşlı çalışdırıcı bu müddətdə komandanı 95 matça çıxarıb.

 

Abasovun yetirmələri 3 ildə 33 qələbə qazanıb. 23 dəfə heç-heçəyə şahid olan məşqçi “Zirə”ylə ev matçında 39-cu dəfə məğlubiyyətə üzülüb – 1:2. O, “40”ı görmədən postundan ayrılmağa qərar verib. Bu 3 ilə yaxın müddətdə “Sumqayıt” 111 qol vurub, 129-nu buraxıb.

 

“Sumqayıt” Abasovla yalnız Premyer Liqa və Azərbaycan kubokunda meydana çıxıb. Çempionatdakı 85 matçda onun yetirmələri 29 qələbə qazanıb, 23 heç-heçə edib və 33 dəfə uduzub. 99 qol vuran sumqayıtlılar 109-nu buraxıb.

 

10 kubok görüşündə isə Abasovun komandası 4 qələbə qazanıb və 10 dəfə uduzub. Bu qarşılaşmalarda top fərqi 12-20-di.

 

Xəbər lenti