[b]“Səbail” Türkiyə klubuna böyük hesabla yenildi - YENİLƏNİB[/b]
12.07.2018 - 12:54
[b]“Səbail” Türkiyə klubuna böyük hesabla yenildi - YENİLƏNİB[/b]

İyulun 9-dan Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” hazırlığın ikinci mərhələsi çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi yerli komanda ilə üz-üzə gəlib.

 

Rəqib millimizin hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu “Gənclərbirliyi” klubu olub. Ötən mövsüm Superliqanı tərk edən paytaxt təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürüb. Oyun təmsilçimizin məğlubiyyəti ilə nəticələnib. Belə ki, ankaralıların 3 cavabsız qolu "Səbail"i böyükhesablı yenilgiyə sürükləyib.

 

Qeyd edək ki, Kızılcahamamda “Çam Thermal Resort & Spa Hotel”də məskunlaşan “Səbail” qonşu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

Yoxlama görüşü

12 iyul

“Səbail” (Azərbaycan) - “Gənclərbirliyi” (Türkiyə) - 0:3

0