[b]“Səbail”in daha bir rəqibi bilindi[/b]
16.07.2018 - 21:49
[b]“Səbail”in daha bir rəqibi bilindi[/b]

İyulun 9-dan Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in yoxlama görüşündəki növbəti rəqibi müəyyənləşib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilir ki, paytaxt təmsilçisi növbəti matçını iyulun 19-da keçirəcək. Baş məşqçi Aftandil Hacıyev yerli komanda “Sivasspor”la görüşdə yetirmələrini sınayacaq. Qarşılaşma Bakı vaxtı ilə 19:00-da start götürəcək.

 

“Səbail” Kızılcahamamdakı toplanış çərçivəsində daha bir oyun keçirəcək. Lakin komandanın 4-cü rəqibinin adı hələ bəlli deyil.

 

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk iki yoxlama görüşündə yerli komanda “Gənclərbirliyi”nə məğlub olub (0:3), Qətər təmsilçisi "Əl Şahaniya" ilə bərabərə (2:2) qalıb.

0