[b]Şehiç yenə tək qaldı – millidə[/b]
22.05.2018 - 12:15
[b]Şehiç yenə tək qaldı – millidə[/b]

“Qarabağ”ın qapıçısı İbrahim Şehiç yenidən Bosniya və Herseqovina millisinin “bir nömrəsinə” çevrilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb əsas qolkiper Asmir Beqoviçin heyətdən çıxarılmasıdı.

 

Ailədaxili problemlər üzündən millinin heyətindən uzaqlaşdırılan Beqoviçi gənc Vedran Kyosevski əvəz edib. Digər qapıçı isə Kenan Piriç olduğundan, baş məşqçi Robert Prosineçki qarşıdakı yoldaşlıq görüşlərində də çərçivəni Şehiçə tapşıracaq.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması mayın 28-də Monteneqro, iyunun 1-də isə Cənubi Koreya ilə qarşılaşacaq.

0