[b]“Səhvlərimiz oldu, amma...” – Qurban Qurbanov[/b]
23.06.2018 - 23:09
[b]“Səhvlərimiz oldu, amma...” – Qurban Qurbanov[/b]

“Keçirdiyimiz ilk yoxlama oyunu idi. Futbolçulardan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Yeni mövsümün hazırlıqlarını Avstriyada davam etdirən ağdamlılar ilk yoxlama görüşünü keçirib.

 

Bolqarıstanın “Ludoqorets” komandası ilə qarşılaşan Azərbaycan çempionu matçdan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Qarşılaşma başa çatdıqdan sonra klubun feysbuk səhifəsinə açıqlama verən təcrübəli mütəxəssis oyunu qısa şərh edib: “Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq”.

0